Laboratoriya

ADNSU-nun 100 illik yubileyi münasibətilə professor-müəllim heyəti prezident İlham Əliyev tərəfindən mükafatlandırılıb

image

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.    Sənədə əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 17 əməkdaşına Azərbaycan Respublikasının fəxri adları verilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Tədris işləri üzrə prorektor, dosent Məmmədov Qasım Əmir oğlu, həmçinin, fakültəmizin dekanı, dosent Əhmədov Əli Hikmət Soltan Əhməd oğlu “Əməkdar müəllim”, "Mühəndis və kompüter qrafikası" kafedrasının müdiri, professor Həbibov İbrahim Əbülfəz oğlu “Əməkdar mühəndis” fəxri adını almışdır.  Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Camalov Rafiq İbrahimoviç, "Maşınqayırma və materialşünaslıq" kafedrasının professoru Kərimov Cahid Əli oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib. "Mexanika" kafedrasının müdiri, professor Əliyev Ələsgər Məhərrəm oğlu, dosent Süleymanov Tahir Süleyman oğlu, "Neft-qaz avadanlığı" kafedrasının dosenti Eyvazova Züleyxa Eylaq qızı, dosent Mürşüdli Çingiz Cəfər oğlu, "Maşınqayırma və materialşünaslıq" kafedrasının dosenti Quliyev Ağəli Əhməd oğlu “Tərəqqi” medalı ilə təltif edilib.

2020-12-31