Laboratoriya

"Neft-qaz avadanlığı" kafedrasının əməkdaşı Niyaz Zeynalov Vətən müharibəsində göstərdiyi şücaətlərə görə medalla təltif olundu!

image

"Neft-qaz avadanlığı" kafedrasının əməkdaşı, protokol xidmətinin işçisi, dissertant Zeynalov Niyaz Əlimusa oğlu torpaqlarımız uğrunda gedən döyüşlərdə ilk gündən iştirak etmişdir. Döyüşlərdə yaralanaraq hospitalda müalicə almış, sağalar-sağalmaz yenidən cəbhəyə yollanmışdır. Zeynalov Niyaz Əlimusa oğlu Ali Baş Komandan tərəfindən Füzilinin və Xocavəndin azad olunmasında xüsusi igidlik və şücaət göstərdiyinə görə 2 medal ilə təltif olunmuşdur . Onu təbrik edir, gələcək həyatında uğurlar arzulayırıq. Biz səninlə fəxr edirik, Niyaz!

2020-12-25