Laboratoriya

ADNSU-da IV Startap və İnnovasiya Festivalı keçirilib

image

Dekabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) IV Startap və İnnovasiya Festivalı keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, şirkət rəhbərləri, həmçinin universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Festivalda 4 ildə “eazi START” Startap və İnnovasiya Mərkəzinin keçdiyi yol və nailiyyətlərindən bəhs edən video sujet nümayiş olunub.  

ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək, universitetin hər zaman yeniliklərə və yenilikçi gənclərə açıq olduğunu deyib, son 4 ildə universitetdə startap sahəsində görülən işlərdən danışıb və ali məktəbin innovativ ideyaları olan gənclərə hər zaman dəstək olduğunu bildirib. ADNSU-da prioritet istiqamətlərdən söz açan rektor M.Babanlı elmin inkişafına dəstək verən savadlı kadrların hazırlanması ilə yanaşı həm də müasir sənayeyə və innovativ hərəkata töhvə verə biləcək bacarıqlı gənclərin hazırlanmasına önəm verildiyini deyib.

Daha sonra “Eazi Start” Startap və İnnovasiya Mərkəzinin tələbələrinin təqdim etdiyi 22 layihə arasından əvvəlcədən müəyyən edilmiş meyarlara əsasən münsiflər heyəti tərəfindən seçilmiş 5 layihə IV Startap və İnnovasiya Festivalında təqdim olunub.  

ADNSU-nun tələbələrinin təqdimatında “Character Claud”,“İnteraktiv dırnaqlar”,”Soilless Farminq”,“Rezerv App” və “Teachme” layihələr tədbir iştirakçılarına təqdim olunduqdan sonra münsiflər tərəfindən ən çox bal qazanaraq qalib gəlmiş layihə müəyyənləşdirilib.

Tədbirdə iştirak edən Ukraynalı startap mütəxəssisi xanım Lesya Lüşenko startapçı gənclərə öz tövsiyələrini verib və startap layihəsi haqqında çıxış edıb.

Münsiflərin layihələri qiymətləndirmə müddətində sərgi iştirakçıları universitetin dəhlizində “eazi START” Startap və İnnovasiya Mərkəzinin layihələri ilə tanış olublar. Daha sonra yüksək bal qazanan layihələr ADNSU və tərəfdaş qurumlar tərəfindən mükafatlandırılıb.

Münsiflərin qiymətləndirməsinə əsasən birinci yerin qalibi “Teach me” layihəsi seçilib.

Fakültəmizin "Bağlayıcı quruluşlarda istifadə edilən konstruktiv materialların sürtünməyə yoxlanılması" layihəsində Aslanov Cəmaləddin müəllimin rəhbərliyi ilə siyirtmələrin 4 fəqrli yəhərciyi mövcuddur, bunlardan 2 giriş, 2 çıxış yəhəri olmasıdır. Heç bir maye sızıntısı olmur. 

2019-12-14