Laboratoriya

Tələbələrin 68-ci Elmi-texniki Konfransı işinə başlayıb

image

Dekabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli alim Saleh Qocayevin anadan olmasının 120 illiyinə həsr olunmuş Tələbələrin 68-ci Elmi-texniki konfransı öz işinə başlayıb.

 Neft-mexanika fakültəsinin (NMF) konfrans məruzəçilərinin  dinlənilməsinə başlanıldı. Tədbiri iclasın sədri, dosent Aslanov C.N. çıxış edərək, tədbirin münfis heyyətini və iştirakçılarını salamlayaraq, iclası açıq elan edib.

İclasda 7 nəfər bakalavr və 8 magistr dinlənilib.

ADNSU-nun rektoru, professor Mustafa  Babanlı Neft-mexanika bölməsində iştirak edərək, tələbələrin çıxışlarını dinləyib, öz tövsiyə və iradlarını bildirib.

Sonda konfransın münsiflər heyyəti, elmi katib və iclasın sədrinin hesablamalar apararaq ən yüksək və ən aşağı balları çıxarıldıqdan sonra nəticələr elan olunmuşdur.

Bakalavr üzrə nəticə:

I yer - İsmayılova Mədinə

II yer – Aşırəli Vüqar, Babazadə Cəlal (birgə çıxış)

III yer – İsmayılov Mahmud

Magistr üzrə nəticə:

I yer – Müzəffərli Leyla

II yer – Abıyeva Zöhrə

III yer – Salehli Ülvi

Qeyd edək ki, Tələbələrin 68-ci Elmi-texniki konfransının bağlanış mərasimi dekabrın 16-da olacaq.

2019-12-09