Laboratoriya

NMF professor-müəllim heyəti və göstəriciləri yüksək olan 12 tələbə SPM OİL&GAS şirkətində olublar.

image

Noyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Neft-mexanika” fakültəsinin professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə təhsildə akademik göstəriciləri yüksək olan 12 tələbə SPM OİL&GAS şirkətində olublar.       Görüşdə ADNSU-nun “Neft-mexanika” fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, elmi işlər üzrə dekan müavini, dosent Tahir Süleymanov,, “Sənaye maşınları” kafedrasının müdiri, dosent Cəmaləddin Aslanov, “Materialşünaslıq və emal texnologiyaları” kafedrasının müdiri dosent Tahir Cabbarov, “Mexanika” kafedrasının müdiri, dosent Sakit Abbasov  və SPM OİL&GAS şirkəti tərəfindən Agil Əhmədov- Design Engineer, Mehdi Mehdizade- Field Service Engineer, Aytən Məmmədova- HR Manager, Gulnarə İbrahimova- Office Manager , Elnur Əliyev-Sales Manager, Müslüm Mahmudov- HSE Manager, Samirə Səfərova- CAD Engineer Şirkətin istehsalat və təmir  sexlərində texnoloji proseslərlə tanışlıqdan öncə tələbələr SƏTƏM qaydaları ilə təlimatlandırılaraq, müəssisədə həyata keçirilən avadanlıqların təmir və bərpa prosesləri ilə yaxından tanış olmuş və onları maraqlandıran suallara cavab almışlar. Sonda tələbələrə şirkət tərəfindən sertifikatlar təqdim olunmuşdur. Görüşdə şirkətin mütəxəssislərinin tədris prosesində uyğun ixtisaslar üzrə mühazirələrin oxunması, buraxılış işi mövzusuna istehsalat problemlərinin  təklif olunması, tələbələr üçün təcrübə imkanlarının təmin edilməklə gündəlik və yay təcrübə proqramlarında iştirakı və s. mövzular müzakirə olunub. Qeyd edək ki, görüş ADNSU və SPM OİL&GAS şirkəti arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən birgə fəaliyyətin nəticələrinin təhlili və yeni fəaliyyət istiqamətlərini özündə əks etdirən yol xəritəsində nəzərdə tutulan məsələrin həlli çərçivəsində həyata keçirilmişdir. 

2022-11-24