Laboratoriya

"METAK" MMC şirkətilə əməkdaşlığın perspektivləri müzakirə olunub

image

       Noyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Neft-mexanika” fakültəsinin professor-müəllim heyəti ilə “METAK MMC”  şirkətində görüş keçirilib.        Görüşun əsas məqsədi 2018-ci ilin 19 dekabr tarixində ADNSU və “METAK MMC”  şirkəti arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən birgə fəaliyyətin nəticələrinin təhlili və yeni fəaliyyət istiqamətlərini özündə əks etdirən yol xəritəsinin tərtib edilməsinin müzakirəsinə həsr edilmişdir.       Görüşdə ADNSU-nun “Neft-mexanika” fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, elmi işlər üzrə dekan müavini, dosent Tahir Süleymanov,, “Sənaye maşınları” kafedrasının müdiri, dosent Cəmaləddin Aslanov, “Materialşünaslıq və emal texnologiyaları” kafedrasının müdiri dosent Tahir Cabbarov, “Mexanika” kafedrasının müdiri, dosent Sakit Abbasov  və “METAK MMC”  şirkəti tərəfindən şirkətin təsisçisi Alik Kərimov, İstesalat üzrə Direktor Mübariz Əzizov, İnsan Resursları Departamentinin müdiri Nailə Quliyeva, Konstruktor və texnologiya şöbəsinin müdiri, PhD Vladimir Kərimov, Texniki şöbənin böyük texnoloqu Xaqani Nəsibov iştirak ediblər.      Keçən dövr ərzində Memorandumdan irəli gələn məsələlərin uğurla həyata keçirilməsində şirkət tərəfindən göstərilən dəstəyə görə cənab A.Kərimova təşəkkürünü bildrən Əli Hikmət Əhmədov, ADNSU-da həyata keçilirən geniş miqyaslı islahatlar haqqında ətraflı məlumat verərək universitetdə elm, təhsil və beynəlxalq əlaqələr üzrə əldə olunan nailiyyətlər, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində avropa təhsil standartlarına uyğunlaşan Curriculumların məzmunu, ixtisasların akkreditasiyası, ingilis dilində ixtisasların tədrisi,  ikili diplom proqramları, mübadilə proqramları, həmçinin startap layihələri və alimlərin texnologiyaların transferi sahəsindəki fəaliyyətindən danışıb.      “METAK MMC”  şirkətinin təsisçisi Alik Kərimov, şirkətin fəaliyyət istiqamətlərində yeniliklər, həyata keçirdiyi yeni layihələr və s. haqqında ətraflı məlumat verərək universitetlə əlaqələrin bundan sonra da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirdi.     Görüş zamanı birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, texnologiyaların transferi, şirkətin mütəxəssislərinin tədris prosesində uyğun ixtisaslar üzrə mühazirələrin oxuması, tələbələr üçün təcrübə keçmə imkanlarının təmin edilməklə güdəlik yay təcrübə proqramlarında iştirakı və s. mövzular müzakirə olunub.  

2022-11-16