10.11.2022 tarixində ADNSU-nun “Neft-mexanika” fakültəsində dekan dosent Əli Hikmət Əhmədov fakültənin“Sənayə mühəndisliyi” ixtisasının 463.19 qrup tələbəsi Natiq Mikayılov ilə görüşüb. Natiq Mikayılov dekabr ayında “ERASMUS PLUS” mübadilə proqramı çərçivəsində Rumıniya da keçiriləcək təcrübə proqramında iştirak edəcək. 10 gün müddətində baş tutan bu layihə Avropa dəyərlərini gücləndirmək üçün 10 ölkədən inklüziv sahədə fəal gənc işçilər üçün nəzərdə tutulub. Təcrübə proqramının məqsədi iştirakçıların paylaşması və açılması, fikir və təcrübə mübadiləsi üçün təhlükəsiz və yaradıcı məkan yaratmağa yönəlib.Kurs zamanı iştirakçılar inklüziv layihələrdə işləmək üçün faydalı bacarıqlar əldə edəcəklər.