Laboratoriya

NMF dekanı ilə Gürcüstan və Azərbaycan regionları üzrə satış və servis mühəndisi arasında görüş

image

27.10.2022   tarixində  ADNSU-nun “Neft-mexanika” fakültəsində dekan dosent Əli Hikmət Əhmədov  və Almaniyanın EagleBurgmann şirkətinin Mərkəzi asiya. Gürcüstan və Azərbaycan regionları üzrə satış və servis mühəndisi arasında görüş keçirilib. Əli Hikmət Əhmədov fakültədə həyata keçirilən islahatlar haqqında məlumat verərək, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində avropa təhsil standartlarına uyğunlaşan Curriculumların məzmunu, ixtisasların akkreditasiyası, ingilis dilində ixtisasların tədrisi,  həmçinin startap layihələri haqqında danışıb. İşgüzar şəraitdə  keçən görüşdə qarşiliqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.  

2022-10-27