Laboratoriya

"Neft-Mexanika" fakültəsinin II-ci kurs tələbəsinin "Proqramlaşdırmada Karyera" mövzusunda seminarı

image

Azərbaycan Dövlət Neft və sənaye universitetinin "Neft-Mexanika" fakültəsinin II-ci kurs tələbəsi Əliyev Nicat fakültənin I-ci kursları üçün könüllü şəkildə Tələbə Həmkarlar İttifaqı  Komitəsi təşkilatçılığı ilə "Proqramlaşdırmada Karyera" mövzusu başlığı altında seminar həyata keçirib . Təlimçilik sahəsində 4 illik təcrübəsi olan Nicat "GİZ" Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti kimi təşkilatlarla əməkdaşlıq etmiş və bu sahədə bir çox tanınmış sosial maarifləndirici layihələrə imza atmışdır. Seminarda tələbələrin sözü gedən mövzuda sualları cavablandırılmış , bu sahə üzrə özünü inkişaf etdirmək istəyən tələbələrə motivasiyaedici məsləhətlər verilmişdir. 

2022-10-01