Laboratoriya

“TEKNOFEST -2022 Qara dəniz“ iştirakçıları ilə görüş

image

"Neft-mexanika" fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov Türkiyə Respublikasının Samsun şəhərində keçirilmiş Aerokosmik  və Texnologiya festivalında ( “TEKNOFEST -2022 Qara dəniz“) iştirak etmiş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Mexanika" kafedrasının assistenti Mahmud İsmayılov və həmin kafedranın laborantı Mirkamran Səlimli ilə görüş keçirib.Görüş zamanı sərgidə Azərbaycan Respublikasını təmsil edən milli stenddə gənclərimizin təqdim etdiyi layihə,sərgi istəyi izləyici tərəfindən eyni zamanda Türkiyə iştirakçıları və gənc starttapçılar tərəfindən böyük maraqla qarşılanması haqqında məlumat verdilər.Görüş zamanı"Neft-mexanika" fakültəsinin dekanı, dosent Ə.Əhmədov, M.İsmayılov və M.Səlimli bu istiqamətdə layihələrin növbəti inkişaf mərhələlərindəki fəaliyyətlərində universitet rəhbərliyi və eazə START mərkəzi tərəfindən dəstəyin göstərəcəyini söyləyib.Sonda qeyd edək ki, bu beynəlxalq festivalda107 ölkədən komandalar iştirak edib.

2022-09-28