NMF-nin dekanı dosent Əli Hikmət Əhmədov bakalavriat səviyyəsində tədrisi həyata keçirən I ci kurs akademik qruplarda ixtisaslar üzrə yüksək balla qəbul olmuş tələbələrlə görüş keçirib. Görüşdə “Mexanika mühəndisliyi” üzrə 5 tələbə Quliyev Eyvaz (566.9),Məhərrəmli Arif (506.8) ,Əhmədov Əvəz (506.8), Əzizzadə İbrahim(422.6) ,Cəfərova Şükufə (401) “Sənayə mühəndisliyi” üzrə 1 tələbə iştirak edib Əliyev Kamal (440) Görüş zamanı Əli Hikmət Əhmədov qeyd edib ki ölkənin öncül universitetlərindən biri olaraq tələbələrin etimadını doğrultmaq, onlara yüksək səviyyədə təhsil vermək üçün ADNSU-nun savadlı professor-müəllim heyəti vardır. Həmçinin, keyfiyyətli təhsil üçün universitetdə müasir infrastruktur mövcuddur və tədris prosesində ən müasir texnoloji imkanlardan geniş istifadə olunur. Sonda dosent Əlihikmət Əhmədov tələbələrə təhsildə uğurlar diləyib