Laboratoriya

Tədrisin ilk günü

image

2022/2023-cü tədris ilinin ilk tədris günündə - 15 sentyabr “Neft-mexanika” fakültəsinin dekanı Əli Hikmət Əhmədov fakültədə mütəxəssis hazırlığı həyata keçirən ixtisaslar üzrə I-ci kurslara qəbul olan tələbələrin tədris auditoriyalarında tədris prosesi zamanı tələbələrlə ünsiyyətdə olub.Ünsiyyət zamanı onların bizim ixtisasları seçdiklərinə görə təşəkkürünü bildirərək, yüksək ixtisaslı mütəxəssis kimi formalaşmasında, keyfiyyətli təhsil alacaqlarına zəmanət verərək, bunun üçün universitetdə müasir tələblərə cavab verən maddi texniki bazanın olduğu diqqətlərinə çatdırılıb. 2022/2023-cü tədris ilində “Neft-mexanika” fakültəsinin bakalavr səviyyəsində 370 tələbə qəbulu təşkil edib ki, bu da fakültənin qəbul planının 98.7% təşkil edib.

2022-09-15