Laboratoriya

“Neft-mexanika” fakültəsinin birinci kursa qəbul olan tələbələrilə görüş keçirilib

image

Sentiyabrın 12-də ADNSU-nun “Neft-mexanika” fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib.   Görüşdə “Neft-mexanika” fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov tələbələri salamlayaraq, onların tələbə adına layiq görülmələri münasibətilə təbrik edib, bakalavriat səviyyəsinin kredit sistemində təhsilin əsas müddəaları haqda, Universitetdə həyata keçirilən islahatlar və müasir təhsil trendlərinə əsaslanan tədris prosesinin əsas məqamları haqda qısa məlumat verib. “Sənaye maşınları” kafedrasının müdiri dosent Camaləddin Aslanov, “Materialşünaslıq və emal texnologiyaları” kafedrasının müdiri Tahir Cabbarov və “Mexanika” kafedrasının müdiri dosent Sakit Abbasov öz cıxışlarında  tələbələrə kafedralarda mütəxəssis hazırlığı həyata keçirilən ixtisasların xüsusiyyətlərini açıqlayaraq öz tövsiyyərini verdilər. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev tələbələrin dərsdən kənar asudə vaxtlarını səmərəli keçirmələri  üçün universitetdə yaradılan şərait barədə məlumat verib. İT departamentin koordinatoru Mehriban Xıdırova LMS (Learning Management System) Öyrənmənin idarəolunması sistemi haqqında geniş təqdimatla çıxış edib, tələbələrin sistemdən istifadə qaydaları haqqında ətraflı məlumatlandırdı. Sonda müxtəlif mövzuda tələbələri maraqlandıran suallar cavablandırılıb.

2022-09-12