Laboratoriya

Tələbələrimiz “AIMCL”şirkətində yay təcrübə proqramında

image

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-mexanika fakültəsinin  “Mexanika mühəndisliyi” ixtisasının 4 tələbəsi 18.07.2022-07.08.2022 tarixində Gədəbəyin “Azerbaijan International Mining Company Limited” şirkətində yay istehsalat təcrübəsində iştirak ediblər. İstehsalat təcrübəsi əməkdaşlıq müqaviləsinə uyğun olaraq təşkil edilib. Qeyd edilən müəssisədə təcrübə müddətində tələbələr universitetdə qazandıqları nəzəri bilikləri praktiki vərdişlərlə təkmilləşdirməklə təcrübi səriştələrin əldə etməsinə geniş imkanlar yaradılıb. Qeyd edək ki, təcrübə müddətində tələbələrin məişət qayğıları (yaşayış, nahar və s.) şirkət tərəfindən qarşılanıb və təcrübənin sonunda tələbələrə sertifikatın verilməsi nəzərdə tutulur.  

2022-08-12