Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-mexanika fakültəsinin METAK şirkətində təcrübə keçən 14 nəfər tələbəsinə sertifikat təqdim olunub. Bununla bağlı keçirilən tədbirdə universitetin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, METAK şirkətinin istehsalat direktoru Mübariz Əzizov, Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov,Neft-mexanika fakültəsinin dekan müavini, dosent Tahir Süleymanov və tələbələr iştirak ediblər.