Laboratoriya

NMF tələbələri Beynəlxalq İnternet Olimpiadasında uğurla iştirak ediblər

image

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft Mexanika fakültəsinin tələbələri Türkmənistanın Dövlət Enerji İnstitutu tərəfindən keçirilən Nəzəri- mexanika üzrə I Açıq Beynəlxalq İnternet Olimpiadasında uğurla iştirak ediblər. 10-14 may tarixlərində onlayn formatda keçirilən olimpiadada ADNSU-nun Neft-Mexanika fakültəsi, İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsindən  ümumilikdə 5 tələbə iştirak edib. 3 bölmədən ibarət olimpiadada yüksək nəticələr göstərən ADNSU tələbələrinə və tələbələrə mentorluq edən ADNSU-nun Neft-mexanika fakültəsinin dekan müavini, dosent Tahir Süleymanova sonda Türkmənistan Təhsil nazirliyi tərəfindən sertifikatlar təqdim edilib.

2022-06-02