Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft Mexanika fakültəsinin “MECHANICS” komandası “TEKNOFEST Azərbaycan“ Aviasiya, Kosmos və Texnologiya festivalında uğurla çıxış edib. Onların təqdim etdiyi layihələrin prototipləri, imkanları, həmçinin, layihələrlə bağlı korporativləri müəyyən edilən hədəflər və tətbiq sahələri böyük marağa səbəb olmuşdur. “MECHANICS” komandası festivalın final mərhələsində B kateqosiyası üzrə Robototexnika müsabiqəsində birinci yerə, Bakuskills müsabiqəsi üzrə isə ikinci yerə layiq görülüb . Bu möhtəşəm uğur münasibətilə tələbələrimizi təbrik edirik.