Laboratoriya

Neft-mexanika fakültəsinin tələbələri METAK MMC-də

image

Aprelin 20-də ADNSU-nun Neft-mexanika fakültəsinin “Mexanika mühəndisliyi” ixtisası üzrə təhsil alan bir qrup tələbəsi ilə METAK MMC-də görüş keçirilib. Görüşdə, fakültənin dekanı, dosent Əli Hikmət Əhmədov, elmi işlər üzrə dekan müavini dosent Tahir Süleymanov, METAK MMC –nin Təlim və inkişaf şöbəsinin rəhbəri Kübra İmanova və  şöbənin mütəxəssisi Aytən Cəbrayılzadə iştirak ediblər. Dosent Ə.Əhmədov çıxışında həyata keçirilən tədbirlər planı çərçivəsində istehsalat müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edib. O, tələbələrin tədrislə paralel gündəlik təcrübə keçməsi imkanlarının yaradılması üçün şirkət nümayəndələrinə təşəkkürünü bildirərək, tələbələrin təhsildə aldıqları nəzəri biliklərin praktiki məzmununun təkmilləşdirilməsi baxımından bu təcrübə proqramının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Proqram çərkivəsində təcrübəni uğurla başa vuran tələbələrə sertifikatlar veriləcək.

2022-04-20