Laboratoriya

Doktorantların attestasiyası

image

Fakültə dekanı dosent Əli Hikmət Əhmədovun sədirliyilə Neft mexanika fakültəsinin Elmi şurasının növbədənkənar iclası keçirilmişdir.Gündəlikdə fəlsəfə və elmlər doktoru  proqramları  üzrə təhsil alan doktorant və dissertantların attestasiyası məsələsinə baxılmışdır. Fakültədə 3313.02-“Maşınlar,avadanlıqlar və proseslər” və 3312.01-“Materiallar texnologiyası” ixtisasları üzrə fəlsəfə doktoru proqramı üzrə 8 , elmlər doktoru proqramı üzrə isə 7 dokotrant və dissertant təhsil alır. Elmi şuranın iclasında Elmi işlər üzrə prorektorun müavini prof.Q.Həsənov və doktrontura şöbəsinin rəhbəri dosent Z.İbrahimli iştirak etmişlər. Hər bir doktrant və dissertantın cari il üçün hesabatı dinlənilmiş ,yerinə yetirilən nəzəri və praktiki tədqiqatların nəticələri müzakirə olunmuşdur. 3 doktorant şərti olmaqla, ümumilikdə təhsi alan bütün doktorant və dissertantlar attestasiya olunaraq təhsilin növbəti ilinə keçirilmişdilər.

2022-03-16