Laboratoriya

“Neft-mexanika” fakültəsinin “Borusan Gat” şirkətilə əməkdaşlıq əlaqələri

image

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri Borusan Cat Azərbaycan şirkətində olublar. Görüşdə ADNSU-nun Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, fakültənin dekan müavini, dosent Tahir Süleymanov, həmçinin, Borusan Cat Azərbaycan şirkətinin Xüsusi layihələr və Müştəri dəstək üzrə biznes inkişaf lideri İlqar Fəxrəddinov, Servis lideri Toğrul Rüstəmli, İnsan resursları üzrə supervayzer Aytən Məmmədova və İnsan resursları üzrə mütəxəssis Xanım Həsənova iştirak ediblər. Universitetdə genişmiqyaslı islahatlar haqqında iştirakçılara məlumat verən dosent Əli Hikmət Əhmədov, elm, təhsil və beynəlxalq əlaqələr üzrə əldə olunan nailiyyətlər, ingilis dilində tədris, ikili diplom proqramları, ixtisasların akkreditasiyası haqda danışaraq,  ADNSU-nun yetişdirdiyi mütəxəssislərə yerli və beynəlxalq səviyyəli şirkət və  müəsissələrdə ehtiyac olduğunu qeyd edib.   ADNSU-nun əməkdaşlarına şirkətin fəaliyyəti haqqında məlumat verilidikdən sonra bildirilib ki, şirkət bu ildən ali təhsil müəssisələri ilə sıx əməkdaşlığa başlayıb. Məqsəd mexanika mühəndisliyi və elektirk mühəndisliyi üzrə yuxarı kurs tələbələrinin şirkətdə təcrübə keçməsini təmin etmək və müsabiqə ilə gənc və istedadlı mütəxəssisləri işə cəlb etməkdir. Sonra şirkət nüamayəndələri Borusan Cat Azərbaycan 2022-təcrübə proqramı ilə bağlı məlumat veriblər. Bildirilib ki, təcrübə proqramında əsas məqsəd tələbələrin biliyinin üzə çıxarılması və istedadlı gəncləri əməkdaşlığa cəlb etməkdir.

2022-03-15