Laboratoriya

Tələbə mübadilə proqramı çərkivəsində görüş

image

Fakültə dekanı Əli Hikmət Əhmədov Azərbaycan Respublikası və Qazağıstan Respublikası arasında əməkdaşlığın təhsil sahəsindəki müqaviləyə əsasən tələbələrin mübadilə proqramı çərcivəsində  2021/2022-ci tədris ilinin yaz semestrində təhsilini ADNSU-nun “Neft-mexanika” fakültəsinin əyani şöbəsinin “Maşın mühəndisliyi” ixtisası üzrə II kurs, 412.20 nömrəli qrupda ödənişsiz əsaslarla təhsil alan Qazağıstan Respublikasının “Safi Utebaev adına Atırau Neft və Qaz universiteti”nin bakalavriat səviyyəsinin II kurs tələbəsi Rusiya vətəndaşı Strukova Mariia ilə görüş keçirib. Görüşdə tədris olunan fənlərlə “Safi Utebaev adına Atıra Neft və Qaz universiteti”nin uyğun ixtisas üzrə tədris proqramının müqayisəli təhlili, tədrisin metodikası və tədris prosesinə dair bir sıra məsələlər müzakirə  edilmişdir. Tələbə Strukova Mariia Azərbaycan dövlət Neft və Sənayə universitetində təhsilindən məmnun olduğunu bildirmişdir.

2022-02-18