Laboratoriya

NMF də təhsil alan Hindistanlı vətandaşla görüş

image

Fakültə dekanı Əli Hikmət Əhmədov Azərbaycan Respublikası və Hindistan Respublikası arasında əməkdaşlığın təhsil sahəsindəki müqaviləyə əsasən Hindistan vətəndaşı “Neft mexanika” fakültəsinin “Mexanika mühəndisliyi” ixtisası üzrə 432.21E nömrəli qrupda təhsil alan I-ci kurs tələbəsi Karunanithi Kirthivasan ilə görüş keçirib. Görüşdə dosent  Ə.S.Əhmədov əcnəbi  tələbə Karunanithi Kirthivasana təhsil aldığı ixtisası üzrə qarşıdakı təhsil illərində tədris planına əsasən nəzərdə tutulan fənlərin məzmunu, onların  avropa ali təhsil sisteminin uyğun ixtisaslarına adekvat olduğunu vurğulayaraq, onların mahiyyətini açıqlamışdır. Görüşdə, həmçinin, ingilis dilində tədrisin metodikası və tədris prosesinə dair bir sıra məsələlər müzakirə  edilmişdir.  Tələbə Karunanithi Kirthivasan Azərbaycan dövlət Neft və Sənayə universitetin-də təhsilindən məmnun olduğunu bildirmişdir.

2022-02-17