Laboratoriya

Elmi seminar.

image

“Neft-mexanika” fakültəsində keçirilən novbəti Elmi Seminarın mövzusu “İxtira və faydalı modelin alınması”na həsr olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Elm və Təhsil Analitik Mərkəzi”nin patent üzrə mtəxəssisi Mehriban Mircəfərova qeyd olunan mövzuda məruzə ilə çıxış edib. Seminarda “Neft-mexanika” fakültəsinin professor-müəllim heyyəti, doktorant və magistrantlar iştirak edib. Məruzəçi M. Mircəfərova patentin alınmasına dair iddia sənədlərinə aid tələblər; ərizə və müqavilə formaları; iddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması qaydaları; dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq qaydası və s. haqda məlumat verərək, mövzu ətrafında cox saylı sualları cavablandırıb.

2021-10-08