Laboratoriya

İngiltərənin  Institution of Mechanical Engineers regional nümayəndəsi ilə görüş.

image

“Neft-mexanika” fakültəsinin dekanı dosent Əli Hikmət Əhmədov İngiltərənin  Institution of Mechanical Engineers (IMechE)  Mexanika mühəndisləri İnstitutunun Azərbaycan regionu üzrə “Mühəndis-mexanik” tələbə - gənclər cəmiyyətinin regional nümayəndəsi ADNSU-nun “Mexanika mühəndisliyi” ixtisasının bakalavr məzunu, İtaliyada dünyanın  top universitetlər siyahısına daxil olan Turin Universitetinin magistrantı Renad Novruzovla gorüş keçirilib. İMechE dünyanın mexanika mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə ixtisas üzrə səriştələrin aşılanması, təcrübi vərdişlərə yiyələnmək məqsədilə müəssisələrdə təcrümələrə cəlb olunmaqla nəzəri biliklərin möhkəmləndirilməsi kimi fəaliyyət dairəsini əhatələndirir. R.Novruzov Pandemiyaya təsadüf edən fəaliyyət dövründə keçirilən sessiyalar barədə məlumat verdi Görüş zamanı Azərbaycan regionunun neft-qaz sektorunda fəaliyyət göstərən xarici neft şirkətlərinin təcrübəli mütəxəssislərinin  mexanika, sənaye, neft-qaz mühəndisliyi  mövzusunda  sessiyalrın, seminarların, təlimlərin kecirilməsi barədə  məsələlər müzakirə olundu. Mexanika Mühəndisləri İnstitutu (IMechE) baş ofisi Londonda, Böyük Britaniyada yerləşən, mexanikia mühəndisləri və mühəndislik peşəsini təmsil edən müstəqil peşəkar assosiyasiyadır. 140 ölkədə 120,000 çox üzvü olan, sənayenin müxtəif sahələrində çalışan lisenziyalı mühəndisləri özündə birləşədirən cəmiyyət  Mühəndislik Şurası tərəfindən idarə olunur. ADNSU-nun Mexanika və Neft-qaz mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrdən ibarət heyyət 11 noyabr 2021-ci il tarixində “SPM Oil & Gas” şirkətində istehsalatla tanışlıq məqsədilə ekskursiyada olub.

2021-10-05