Laboratoriya

Hudrasun Rapid Solution LLC sirkətinin nümayəndələri ilə görüş.

image

“Neft-mexanika” fakültəsində HUDRASUN Ltd sirkətinin Azərbaycandakı rəsmi Hudrasun Rapid Solution LLC sirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə sirkətin Bakı ofisinin nümayəndələri Əməliyyatlar üzrə menecer Elnur Həbibov, layihə mühəndisi Elnur Vəliyev, “Neft-mexanika” fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, “Sənaye maşınları” kafedrasının müdiri, dosent Cəmaləddin Aslanov və kafedranın assistanti Niyaz Zeynalov iştirak ediblər. ADNSU-nun Unversitet Layihəsi çərçivəsində hazırlanmış yeni model “Zəfər” ZMS100x70 tipli siyirtməsinin beynəlxalq standartlara uyğunluq sertifikatlaşması Hydasun Rapid Solutions LLC sirkəti tərəfindən keçrilib. “Ümüd Babək” Beynəlxalq Əməliyyat Şirkətinin bu siyirtmənin qazma prosesinə tətbiqi ilə bağlı məlumat verildi. Görüş zamanı qarşılıqlı ənəkdaşlıq perspektivləri müzakirə olundu. Tələbələrə ixtisaslara uyğun elastik boruların (şlanqların) yığımı, birləşməsi, yüksək təzyiqə davamlı kiçik diametrli boruların hesabı mövzularında, sonda sertifikat təqdim etməklə təlimlərin kecirilməsi barədə fikir mübadiləsi aparıldı. HUDRASUN Ltd şirkəti baş ofisi Aberdeen şəhərində yerləşən Böyük Britaniya şirkətinin region üzrə Rapid Solution LLC şirkəti “Azəri-Çiraq”,”Günəşli” yataqları, “Dədə-Qorqud” və “İstiqlal” qazma platformaları,”Bakı-Tiflis-Ceyhan” boru kəməri layihələrində ВР, Bos Shelf, McDermott şirkətləri ilə əməkdaşlıq edib.

2021-09-28