Laboratoriya

I-ci kurs tələbələri ilə görüş.

image

24-25 sentyabr 2021-ci il tarixlərində ADNSU-nun rektoru,  professor Mustafa Babanlı “Neft-mexanika” fakültəsinin I kurs tələbələri ilə görüş  keçirilib. Görüşdə fakültə dekanı dosent Ə.S.Əhmədov, ixtisas kafedra müdirləri və dekan müavinləri iştirak edib. Rektor M.Babanlı tələbələrə yeni tədris ilinə hazırlığın vəziyyəti, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında məlumat verib. Bildirib ki, pandemiya olmasına baxmayaraq, universitetdə ənənəvi tədrisə başlamaq üçün bütün lazımı tədbirlər görülüb. Peşəkar professor-müəllim heyəti, universitetdə yaradılmış mütərəqqi texnki-texnoloji imkanlar  müasir tədris metodikaları əsasında dünyəvi təhsilin aparılmasına imkan verir. Bakalavriat səviyyəsində kredit sistemi ilə təhsilin qaydaları haqqında məlumat verən dekan, dosent Əli Hikmət Əhmədov tələbələrin çoxsaylı suallarını cavablandırıb.  

2021-09-25