Laboratoriya

NEFT MEXANİKA FAKULTƏSİ

Laboratoriyalar

Mexanika kafedrasının laboratoriyasında

Mexanika  kafedrasının laboratoriyasında MMW-1 markalı  qurğu vasitəsilə materialların “sürtünmə və yeyilmə” məsələləri  üzrə elmi tədqiqat işləri aparılır.

 Bakalavr səviyyəsində kafedrada keçirilən fənlər üzrə aşağıdakı laboratoriya işləri görülür:

  1. Materialların friksion xassələrinin öyrənilməsi

  2. Materialların yeyilməyə davamlığının öyrənilməsi

  3. Materialların tribotexniki xassələrinin temperaturdan asılılığının öyrənilməsi

“Hidravlik maşınlar və hidrointiqallar” tədris laboratoriyası

“Hidravlik maşınlar və hidravlik intiqallar” laboratoriyası 1989-cu ildə universitetdə yeni “Hidravlik maşınlar, hidravlik intiqallar və hidropnevmoavtomatika” ixtisası açılarkən yaradılıb. Hazırda bu ixtisas “Enerji maşınqayırması mühəndisliyi” adı ilə mövcuddur. Laboratoriya  ixtisasa uyğun fənlər üzrə laboratoriya işlərinin qurğular üzərində dolğun şəkildə keçirilməsini təmin etmişdir.

Laboratoriyada “Neft quyularının qazılması”, “Mərkəzdənqaçma nasosun sınaqdan keçirilməsi”, “Porşenli nasosun sınaqdan keçiriməsi”, “Dişli-çarxlı nasosun sınaqdan keçirilməsi” qurğuları var, həmçinin maye vurularkən klapanın işini təyin etmək olar.  Hər bir nasos qurğusunda 3-4 laboratoriya işinin yerinə yetirilməsi mümkündür.

“Neft-qaz avadanlığı” kafedrasının tədris  laboratoriyası

“Neft-qaz avadanlığı” kafedrasının tədris  laboratoriyasında aşağıdakı fənnlər üzrə laboratoriya işləri aparılır:

  1. “Neft-qaz istehsalı texnikası” fənni:

  • fontan üsulu ilə neftin quyudan çıxarılması üçün fontan armaturunun öyrənilməsi üçün avadanlıq (fontan armaturunun sahə nümunəsi, onun tərkib hissələri olan bağlayıcı qurğulartı);

  • mexanikləşdirilmiş üsul ilə neftin çıxarılması üçün quyu ştanqlı nasos və mancanaq dəzgahının sahə nümunəsi;

  • qazlift üsuu ilə quyuların istismarında istifadə olunan avadanlıqlarının öyrənilməsi üçün tədris vəsaitləri və plakatları.

  1. “Qazma texnikası” fənni:

  • quyuların qazılmasında istifadə olunan qazma baltaların sahə nümunələri;

  • qazma qurğusunun dövran kompleksin avadanlıqlarının öyrənilməsi üçün ikisilindrli qazma nasosunun sahə nümunəsi

  • qazma qurğusunun qaldırma-endirmə sisteminin olan vışkanın bir bölməsinin üzərində quraşdırılmış tal sistemi (kəlləçarx, tal bloku, elevator) və bucurqadın konstruksiyasının öyrənilməsi üçün avadanlıqlar;

  • qarmaqların, elevatorlarıın sahə nümunələri.

Tribologiyanın əsasları fənninin tədris istifadə olunan:

  1. Bakalavr üzrə - materialların sürtünməyə yoxlanması maşını: Tələbələrin maşın və avadanlığın hissə və düyünlərinin sürtünməyə yoxlanılması üzrə laboratoriya işlərinin aparılması.

  2. Magistr üzrə - universal sürtünmə maşını: Neft-mədən avadanlıqlarının hissə və düyünlərinin sürtünməyə yeyilməyə yoxlanılması üçün elmi tədqiqat maşını.

“Nanomateriallar və nanotexnologiyalar” elmi-tədqiqat laboratoriyası

 “NANOMATERİALLAR VƏ NANOTEXNOLOGİYALAR” ELMİ-TƏDQİQAT LABORATORİYASI ÜÇÜN ALINMIŞ YENİ AVADANLIQLARIN SİYAHISI

1. Metallurgical Microscope with Polarizing Darkfield (Metalloqrafik mikroskop)

     Mikroskop— baxılan obyektin təsvirinin böyüdülməsi, həmçinin gözlə görünə bilinməyən hissənin ölçülməsi üçün cihaz. Linzaların xüsusi prinsiplə qurulması nəticəsində yaranır. Mikrodünyaya giriş cihazın göstərmə imkanlarından asılıdır. Bu xarakteristika mikroskopda istifadə edilən şüanın uzunluğundan asılıdır. Məhdudiyyət ondadır ki, heç vaxt şüanın uzunluğundan kiçik obyektin təsvirini almaq olmur.

     Ona görə də mikrodünyanın təsvirini ancaq daha kiçik ölçülü şüalar vasitəsilə etmək olur. Metalloqrafik mikroskop 10000 dəfə böyütmə dərəcəsinə malik olub bir neçə linzadan ibarətdir.

2. High Speed Diamond Cut-off Saw with Vise (Kəsici maşın)

          Maşın emal sənayesində, maşınqayırma sənayesində və metal hazırlığında metal plitələr kəsmə prosesində geniş istifadə olunur və yumşaq polad, paslanmayan polad, alüminium, mis və bir çox növ rəngli metal kəsdirə bilər. Bu kəsici maşın kəsici Almaz disk vasitələri nümunələri kəsmək istifadə olunur.

3. High-Vacuum pumping unit HP 40 B2 (Vakuum nasosu)

Nasos - qaz və ya suların təzyiqlə sorulması və püskürdülməsi üçün qurğudur. İşləmə prinsipinə görə nasosların porşenli, oxlu, rotorlu və s. kimi müxtəlif növləri vardır.

Yüksək effektiv, etibarlı vakuum avadanlığı bir çox elm laboratoriyalarında uğurlu və vaxt qənaət edən iş üçün vacibdir. High-Vacuum pumping unit HP 40 B2 yüksək vakuum nasos qurğuları bu ehtiyacları ödəyir və praktik tələbləri yerinə yetirir

10-6 mbar-a qədər yüksək vakuum təmin edir. Bu nasos qurğuları iki mərhələli fırlanan bir hava ilə soyudulmuş diffuziya nasosundan ibarətdir

dəstək pompası (ya RZ 2.5 və ya RZ 6) və yüksək vakuum klapan, havalandırma qapağı və bir bypass xətti daxil olmaqla bütün birləşdirən hissələr kimi vane nasos. RZ 6 olan HP 40B2 nasos aqreqatı aşağı nasosda daha yüksək nasos sürətini təmin edir, faza və əlavə olaraq yağlı bir duman filtri FO ilə təchiz olunmuşdur.

4. Multi Purpose Precision 8” Polishing Machine (Çox funksiyalı cilalayıcı maşın)

Çox funksiyalı cilalayıcı maşın super düz Alüminium yivli boşqab və bir iş nümunəsi dəstəyi, eləcə də tam almaz örtmə aksesuarları ilə təchiz olunmuşdur. Həm standart nümunələr üçün, həm də düz nümunə üçün avtomatik sürtmə / cilalama maşını kimi istifadə edilə bilər. və metaloqrafik nümunələrdir. İstifadə material laboratoriyası üçün ən sərfəli həll yoludur.

5. 12000C Dual Zone Split Tube Furnace ( Qoşa sahəli soba)

OTF-1200X-II-UL, CE / Sertifikatlı və UL / CSA sertifikatını verməyə hazırdır (ətraflı aşağıda göstərilənlərə baxın) isteğe kvars borusu (60, 80, 100mm) və vakuum flanşları. 1200oC qədər sürətli istiləşmə əldə edə biləcək və hər zonanın fərqli temperaturunu təyin edərək fərqli bir istilik gradientini yarada bilən iki zonalı boru sobasını bölün. Fırında təcili istifadəsi üçün vakuum flanşları və klapanları olan 40 "L əridilmiş kvars borusu (xahiş edirəm seçimlər çubuğundakı boru OD seçin) daxildir. İki 30 seqment proqramlaşdırıla bilən temperatur tənzimləyicisi quraşdırılmışdır. set temperatur overshooting Bu hazırlanması nanomaterialların və film kimi CVD applications üçün mükəmməl vasitədir.

6. Compact Bridgman Crystal Growth Furnace (Kristal yetişdirmə sobası)

Kristal yetişdirmə sobası yığcam və iqtisadi 1200ºC Maksimum Bridgman kristal artım sobası, 2 "kvars boru və dəqiq asılmış telli səyahət mexanizmi ilə, kiçik ölçülü bir kristalın böyüdülməsi üçün nəzərdə tutulmuşdur və ya aşağı qiymətə həll olunan möhürlənmiş kvarsdır. 

7. Elektroqövs sobası . İstənilən metal və metal ərintiləri əritmək üçün istifadə olunur.

Lazer Mərkəzi

     ADNSU-da “Təkrar emal və bərpa texnologiyası” ixtisasının tədris prosesinin yaxşılaşdırılması üçün yaradılmışdır.

     Mərkəzinin direktoru, t.e.d. Xudaverdi Kərimovdur.

     Lazer Mərkəzindəki iş prosesi monitor vasitəsilə canlı translyasiyası həyata keçirilir..

    ADNSU-nun Lazer Mərkəzinin açılışı 2017-ci ilin iyun ayında baş tutub. Mərkəzin təhsil mərkəzi kimi fəaliyyəti ilə yanaşı lazımi nəzəri baza və biliklərə yiyələndikdən sonra burada iqtisadiyyat və sənayenin müxtəlif sahələrində istifadə olunan avadanlıqların təmiri və bərpasının həyata keçirilməsi, eyni zamanda lazer başlıqlarının istehsalının təşkil olunması nəzərdə tutulub.