Rəbiyə Abışova
Vəzifə: Assistent
Elmi dərəcə: Texnika üzrə fəlsəfə doktoru
E-Poçt: rabiya.abishova@mail.ru
14 məqalə (5-i xaricdə olmaqla), 3 metodik vəsait, 1 dərs vəsaitinin müəllifidir.
QISA BİOQRAFİQ MƏLUMAT .
1968-ci il noyabrın 30-da Bakıda anadan olmuşam.
1976-1983-cü illərdə 254 saylı orta məktəbdə təhsil almışam.
1983-1986-cı illərdə 1 saylı fizika-riyaziyyat təmayüllü orta məktəbdə təhsilimi davam etdirmişəm.
1986-1991-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsini bitirmişəm.
TƏDQİQAT SAHƏSİ .
Magistral boru kəmərlərinin tikilməsində və istismarında boruların möhkəmliyinin, dayanıqlığının təmin olunması, kəmərin uzun müddət işləməsi, müxtəlif təsirlərə davam gətirməsi, boruların soyuq əyilməsində ən kiçik əyrilik radiusunun təyini, sürüşmə gözlənilən zonalarda borunun sərtliyinin artırılması ilə kəmərin böyük sürüşdürücü qüvvəyə davam gətirməsi.
ƏMƏK FƏALİYYƏTİ
1992-ci ildə ADNA-da (indiki ADNSU) “Nəzəri mexanika” kafedrasında baş laborant,
2008-ci ildə “Tətbiqi mexanika” kafedrasında assistent,
hal-hazırda “Mexanika” kafedrasında assistent vəzifəsində çalışıram.
ÜMUMİ İŞ STAJI
28 il
TƏDRİS ETDİYİ FƏNLƏR
“Materiallar müqaviməti”, “Mexanika”, “Quyuların təmir avadanlıqları”
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏSİ
2012-ci ildə “Tətbiqi mexanika” kafedrasının doktorantı
DİSSERTASİYANIN MÖVZUSU
“Magistral boru kəmərlərinin gərginlikli-deformasiya vəziyyətinin tədqiqi və layihə-rejim parametrlərinin əsaslandırılması”
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Magistral boru kəmərlərinin tikilməsində relyefdən asılı olaraq boruların əyilməsi zamanı yolverilən əyrilik radiusunun təyini. H.Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş «Azərbaycan-2020: neft-qaz sənayesinin inkişaf perspektivləri» adlı elmi-praktiki konfrans materialları . Bakı, 2013, s.107-110
Исследование напряженного состояния от неравномерного распределения температуры по толщине трубопровода. Международный форум-конкурс молодых ученых «Проблемы недропользования» Сборник науч-ных трудов. Санк-Петербург, 19-21 апреля, 2017 г.с.124-126.
Зависимость напряжения и устойчивости трубопровода от воздействия
температуры. Научный информационный сборник «Транспорт и хранение нефтепродуктов и углеводородного сырья», Москва, ОБРАКАДЕМНАУКА, № 1, 2018, с.42-46.