Laboratoriya


sdasd

Ələsgər Əliyev

Vəzifə: Professor

Elmi dərəcə: Texnika üzrə elmlər doktoru

E-Poçt: alasgar.aliyev@asoiu.edu.az


     Ə.M.Əliyev beynəlxalq, regional və respublika səviyyəli elmi-texniki simpozium və konfranslarda dəfələrlə çıxış etmiş, 140 elmi əsərin, o cümlədən 5 monoqrafiyanın, 5 dərsliyin 4 dərs vəsaitinin, 5 ixtiranın müəllifidir.

Qısa Bioqrafik Məlumat

Ələsgər Məhərrəm oğlu Əliyev 1948-ci il aprel ayının 6-da Naxçıvan MR, Culfa rayonun Saltaq kəndində qulluqçu ailəsində anadan olmuşdır. 1966-cı ildə orta məktəbi bitirib və M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki ADNSU) daxil olub. 1972-ci ildə fərqlənmə diplomu ilə ali təhsilini başa vurub, neft və qaz mədənlərinin maşın və avadanlıqları ixtisası üzrə mühəndis-mexanik kvalifikasiyasına yiyələnmişdir.

Əmək fəaliyyəti

 1972-1973-cü illərdə təyinatla B.Sərdarov adına Maşınqayırma zavodunda mühəndis-konstruktor vəzifəsində çalışmışdır.

 1973-76-cı illərdə AzNKİ-nin aspiranturasında əyani təhsil almış, 1976-cı ildən «Maşın və mexanizmlər nəzəriyyəsi» kafedrasında assistent və 1988-ci ildən həmin kafedranın dosenti vəzifəsində işləmişdir.

1994-2002-ci illərdə «Neft-mədən mexanikası, maşın və mexanizmləri» kafedrasında dosent vəzifəsində işləmiş, 2002-ci ilin sentyabrından etibarən «Maşın hissələri və YQM» kafedrasında dosent kimi fəaliyyətini davam etdirmişdir. 2016-cı ildən “Mexanika” kafedrasının professorudur.

Ümumi iş stajı  

53  il

Tədris etdiyi fənlər

“Maşın və mexanizmlər nəzəriyyəsi”, “Maşın hissələri”, “Xüsusi qurğuların möhkəmliyi və dinamikası”, “Neft-mədən qazıma maşın və avadanlıqlarının möhkəmliyi və dinamikası”,  “Neft-mədən istismar və təmir avadanlıqlarının möhkəmliyi və dinamikası” və başqaları.

Təhsili və elmi dərəcə 

 1985-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi və 1990-cı ildə dosent elmi adını almışdır. 2010-cu ildə texnika üzrə elmlər doktoru alimlik dərəcəsini almış və 16 may 2012-ci ildən kafedranın professoru vəzifəsində çalışır.

   1988-2005-ci illərdə ADNA Neft-mexanika fakültəsinin elmi katibi, 2001-2005-ci illərdə Dissertasiya Şurası nəzdində Elmi seminarın elmi katibi, 1998-2008-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-metodiki şurası «Maşın­qayırma və metallurgiya» bölməsinin elmi katibi, 2012-ci ildən  Dissertasiya şurasının üzvüdür. 2020-ci ildən ED2 şifrli Dissertasiya Şurası sədrinin müavinidir.

Dissertasiyanın mövzusu

Neft və qaz quyularının qazılması üçün qaldırma kompleksinin işləmə qabiliyyətinin və uzunömürlüyünün dəyərləndirilməsi vasitələri və metodlarına sistemli yanaşma

Tədqiqat sahəsi

Neft və qaz quyularının qazılması üçün qaldırma kompleksinin friksion düyünlərinin tədqiqi

Seçilmiş elmi əsərləri, nəşrlər

  1. Расчет и оптимальное управление процессом подъема бурильного инструмента из скважины Известия АН Азербайджана. Серия Науки о земле. №2, 2000. С.151-159

  2. Методика определения момента трения и нагрузки исполнительных органов шинно-пневматической муфты/  Нефтепромысловое дело, Москва: ОАО «ВНИИОЭНГ», №6, 2010. –стр.43-45

  3. Разработка систем управления спуска бурильного инструмента в скважину Строительство нефтяных и газовых скважин на сущее и на море. Москва: ОАО «ВНИИОЭНГ»,№10, 2010. –стр.13-15

  4. Машын щиссяляри. /Мясялялярин щялли нцмуняляри/ Дярс вясаити Бакы, АДНА, 2012. -204 s

  5. Konduktiv soyutmalı lentli-kündəli əyləc Azərbaycan Respublikasının Patenti İ 2013 0076. 27.12.2013

  6. Qazıma bucurqadının lentli-kündəli əyləci Azərbaycan Respublikasının Patenti İ 2013 0077 27.12.2013

  7. Çoxcütlü friksion düyünlü lentli-kündıli əyləc Azərbaycan Respublikasının Patenti İ 2015 0014 16.04.2013

  8. Çoxpilləli lentli-kündəli əyləc Azərbaycan Respublikasının Patenti İ 2015 0015 16.04.2013

  9. Neft avadanlıqlarının dinamikası və möhkəmliyi Dərslik Bakı: “APOSTROFF”, 2016. – 424 s.

  10. Endirmə-qaldırma əməliyyatı üçün friksion əyləclərin enerji tutumunun artırılması Азярбайъан Мцщяндислик Академийасынын хябярляри. Ъилд 10, №4, 2018. –сящ.17-22