Məleykə Məmmədova
Vəzifə: Professor
Elmi dərəcə: Texnika üzrə elmlər doktoru
E-Poçt: maleyka.memmedova@asoiu.edu.az
70-elmi və tədris-metodiki işin müəllifidir (onlardan 3-i Web of Science bazasında,3-i isə Scopus bazasında öz əksini tapmışdır).
Təvəllüdü və anadan olduğu yer
17.10.1944, Hacıqabul rayonu.
Bitirdiyi ali təhsil müəssisəsi
M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya unstitutunu, Neft-mədən fakultəsi.
Elmi dərəcəsi və elmi adı
Texnika üzrə elmlər doktoru, professor.
Tədqiqat sahəsi
“Mikroçatlı kanallarda mayelər mexanikasının əsaslarının işlənməsi və nəticələrinin sənayenin müxtəlif sahələrinə, xüsusilə çatlı və kiçikkeçiricikli layların işlənməsində tədbiqi. Çatlı-süxurlu neft yataqlarının neftveriminin artırılması.
Namizədlik (PhD) dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı
1989, 05.15.06-” Neft və qaz yataqlarının quyu işlənməsi” “Mayelərin reoloji xüsusuyyətlərinin nazik catlarda təcrübi tədqiqi və sıxışdırma əmsalının proqnoz və hesablama metodikası”
Doktorluq dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı
2017, 2003.01-”Maye, qaz və plazma mexanikası” “Mikroçatlı kanallarda mayelərin hərəkətinin hidrodinamik xüsusiyyətlərinin tədqiqi, çatlı –süxurlu neft–qaz yataqlarının işlənməsınə yeni yanaşmalar”
Əmək fəaliyyəti və əsas iş yeri
2019-h/h, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Mühəndis və kompüter qrafikası” kafedrasında professor.
1968-2019, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Mühəndis və kompüter qrafikası” kafedrasında assisent, baş müəllim, dosent, professor.
Əvəzçiliklə işlədiyi yer
2020-h/h, ADNSU “Neftin, qazın geotexnoloji problemləri və Kimya” ETİ-da, 0,5 ştat baş elmi işçi.
Digər fəaliyyəti
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elmi seminarın üzvü (2020-h/h);
-ADNSU “Neftin, qazın geotexnoloji problemləri və Kimya” ETİ-nun dissertasiya şurasının üzvü.
- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən təsis olunmuş “Avadanlıqlar, Texnologiyalar, Materiallar”. Elmi texniki jurnalının redaksiya heyətinin üzvü.
Mükafatlar, qrantlar, patentlər
1.Qızıl medal− Təhsildə, əməkdə əla müvəffəqiyyətə və nümunəvi əxlaqə görə.
2.Ən yaxşı tələbə elmi işə görə medalı
3."Elmi kəşfin müəllifinə" Rusiya Təbiət Elmləri Akademiyası və Beynəlxalq Elmi Kəşflər və İxtiraların Müəllifləri Akademiyasında qeydiyyata alınmış elmi kəşflərin müəlliflərinə və təbiət elmlərinin inkişafına mühüm töhfələr verən akademiyanın üzvlərinə verilən, Görkəmli rus fiziki Nobel mükafatı laureatı akademik P.K.Kapusi fəxri medalı.
Tədris etdiyi fənlər
Mühəndis qrafikası, Tərsimi həndəsə və mühəndis qrafikası, Kompüter əsaslı mühəndis qrafikası.