Laboratoriya

Laboratoriyalar

“Sənaye maşınları” kafedrasının tədris  laboratoriyası

 

“Sənaye maşınları” kafedrasının tədris  laboratoriyasında aşağıdakı fənnlər üzrə laboratoriya işləri aparılır:

  1. “Neft-qaz istehsalı texnikası” fənni:

  • fontan üsulu ilə neftin quyudan çıxarılması üçün fontan armaturunun öyrənilməsi üçün avadanlıq (fontan armaturunun sahə nümunəsi, onun tərkib hissələri olan bağlayıcı qurğulartı);

  • mexanikləşdirilmiş üsul ilə neftin çıxarılması üçün quyu ştanqlı nasos və mancanaq dəzgahının öyrənilməsi üçün sahə nümunəsi;

  • qazlift üsuu ilə quyuların istismarında istifadə olunan avadanlıqlarının öyrənilməsi üçün tədris vəsaitləri və plakatları.

  1. “Qazma texnikası” fənni:

  • quyuların qazılmasında istifadə olunan qazma baltaların sahə nümunələri;

  • qazma qurğusunun dövran sisteminin avadanlıqlarının öyrənilməsi üçün ikisilindrli qazma nasosunun sahə nümunəsi

  • qazma qurğusunun qaldırma-endirmə kompleksinin olan vışkanın bir bölməsinin üzərində quraşdırılmış tal sisteminin mexanizmləri (kəlləçarx, tal bloku, qarmaq), həmçinin elevator və bucurğadın konstruksiyasının öyrənilməsi üçün sahə nümunələri.

  1. “Tribologiyanın əsasları” fənni:

  1. Bakalavr üzrə - materialların sürtünməyə yoxlanması maşını: tələbələrin maşın və avadanlığın hissə və düyünlərinin sürtünməyə yoxlanılması üzrə laboratoriya işlərinin aparılması.

  2. Magistr üzrə - universal sürtünmə maşını: neft-mədən avadanlıqlarının hissə və düyünlərinin sürtünməyə yeyilməyə yoxlanılması üçün elmi tədqiqat maşını.