Laboratoriya

Materialşünaslıq və emal texnologiyaları

  “Maşınqayırma və materialşünaslıq”  kafedrası  03.02.2016 – cı il tarixində      

“Maşınqayırma və material emalı”  və “Materialşünaslıq və materialların  texnologiyası” kafedralarının  birləşdirilməsi ilə yaradılıb. ( əmr№04 – 151.03.02.2016 ).

“Maşınqayırma və materialşünaslıq” kafedrasında 3 ixtisas üzrə:

“Təkrar  emal və bərpa texnologiyası mühəndisliyi”,

“Enerji maşınqayırması mühəndisliyi”,

“Materialşünaslıq mühəndüsliyi”  bakalavr və magistr hazırlığı  aparılır . Bu ixtisaslar 2009- cu ildən yaradılıb.

    050601- “Materialşünaslıq mühəndisliyi, 050646- “Təkrar emal və bərpa texnologiyası mühəndisliyi , 050610- “Enerji maşınqayırması mühəndisliyi” ixtisasları Azərbaycan Respublikası  Nazirlər Kabinetinin nomenkulaturası əsasında bakalavr və magistr ali təhsil pillələri üzrə kadr hazırlığı ilə məşğul olur.

     050601- “Materialşünaslıq mühəndisliyi”- ixtisası üzrə təhsil azərbaycan dilində bakalavr pilləsində əyani və qiyabi təhsil formasında və magistr pilləsində aparılır. 2019-2020-ci tədris ilində bu ixtisas üzrə tədrisin ingilis dilində də aparılması nəzərdə tutulur.

     050646- “Təkrar emal və bərpa texnologiyası mühəndisliyi”- ixtisası üzrə təhsil

azərbaycan dilində bakalavr pilləsində əyani təhsil formasında və magistr pilləsində aparılır.

     050610- “Enerji maşınqayırması mühəndisliyi” ixtisası üzrə təhsil azərbaycan dilində bakalavr pilləsində əyani təhsil formasında və magistr pilləsində aparılır.

        Kafedrada  3-professor,  17- dosent, 1- baş müəllim, 4- assistent  və  6- nəfər köməkçi tədris heyəti  çalışır.

Kafedra müdiri Tahir Qaffar oğlu Cabbarovdur.

      “Maşınqayırma və materialşünaslıq” kafedrası tədrisi nəzərdə tutulmuş ümumi peşə və ixtisas fənlərinin tədrisinin tələbələr tərəfindən yüksək səviyyədə mənimsənilməsi məqsədilə kafedranın bazasında “Hidravlik maşınlar və hidrointiqallar”, “Mexaniki emal”, “Tribologiya”, “Materiallar texnologiyası” və “Materialşünaslıq”tədris laboratoriyaları yaradılmışdır. Bütün bu laboratoriyalar kafedranın yarandığı zamandan yaradılmış və bu günə qədər tədrisin keyfiyyətinin və müasir texniki tələblərə uyğunluğunu təmin etmək məqsədilə zaman-zaman yeni laboratoriya avadanlıqları ilə təmin edilir. Kafedrada lazer texnologiyası ilə yüksək keyfiyyətli örtüklərin alınmasını təmin edən avadanlıqlara malık “Lazer texnologiyaları laboratoriyası fəaliyyət göstərilir.

    Kafedrada qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbələr SOKAR-ın tabeçiliyində olan müəssisələrdə, Sumqayıt “Texnopark”-istehsalat birliyində, “Baku Steel Company”-metallurgiya şirkətində “WEER”- şirkətində gündəlik və istehsalat təcrübələrində olurlar.

    “Təkrar emal və bərpa texnologiyası mühəndis ixtisası üzrə kadr hazırlığı Neft-maşınqayırma sənayesində istifadə edilən avadanlıqların konstruksiya detallarının, maşınların və maşın sistemlərinin, onların hissələrinin layihələndirilmə mərhələsində konstruktiv etibarlılığının təmin edilməsində istifadə edilən texnologiyaların, proseslərin, avadanlıqların tətbiqinin həlli yollarını elmi və praktiki yolla öyrənə bilən mütəxəssislərin hazırlığını təmin edir.

“Enerji maşınqayırması mühəndisliyi” ixtisası üzrə kadr hazırlığında Neft-maşınqayırma sənayesində istifadə edilən energetik qurğuların, avadanlıqların və onların ayrı-ayrı detallarının xüsusiyyətlərinin öyrənilməsində nəzəri və praktiki bilikləri bilmək bacarıqlı mütəxəssislərin hazırlığı istiqamətində biliklər verilir.

     “Materialşünaslıq mühəndisliyi” ixtisası konstruksiya məqsədləri üçün işlədilən materialların quruluş və xassələrini, bu quruluş və xassələri materialların təyinatından asılı olaraq yaxşılaşdırma üsullarını, məmulların və konstruksiya istehsal edən müəssisələrdə istehsal proseslərinin səmərəliliyinin yüksəldilməsi üçün tətbiq olunan texnoloji proseslərin təkminləşdirilməsini öyrədir.

  Kafedrada tədrisi aparılan ixtisaslara respublikanın maşınqayırma sənayesi müəssisələrində , metallurgiya sənayesində, ”Müdafiə sənayesi”-nazirliyinin müəssisələrində və s. şirkət və müəssisələrdə tələbat var.

  Tələbələrin işə düzəlmə əmsalı yüksəkdir.

  Mübadilə proqramında iştiraka hazırlıq işləri aparılır.

 İxtisaslar akkreditasiya olunmayıb.