Laboratoriya

Mühəndis və kompüter qrafikası

    Əsası 1920-ci ildə qoyulan,  neft elminin beşiyi hesab edilən Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis hazırlığında xüsusi yeri olan kafedralardan biri də “Mühəndis və kompüter qrafikası” kafedrasıdır.

   1924-1925-ci tədris ilinə qədər, Azərbaycan Politexnik İnstitutu adını daşıyan bu ali məktəbdə “Tərsimi həndəsə” və “Rəsmxət” fənləri institutun aparıcı professor-müəllim heyətinə həvalə edilmişdir. Belə ki, “Tərsimi həndəsə” fənni professor D.N. Qolovin, B.Q. Pobedinski, L.İ. Yelkin, “Rəsmxət” fənni isə tanınmış mühəndislər A.Q.Babayev, B.A.Bayer, V.S.Qridin, B.Y. Starodub və başqaları tərəfindən tədris olunurdu.

    1930-cu ilin may ayının 29-da Azərbaycan Politexnik İnstitutu M.Əzizbəyov adına Azərbaycan Neft İnstitutuna çevrilir. Az sonra, 1932-ci ildə Dekanlar Şurasının qərarı ilə ilk dəfə olaraq “Tərsdimi həndəsə və rəsmxət” adlı müstəqil kafedra yaradılır və kafedraya rəhbərlik V.F. Puzırevskiyə tapşırılır.

    1962-ci ildə həmin kafedranın əsasında iki müstəqil kafedra təşkil olunur. “Tərsimi həndəsə” və “Rəsmxət” kafedraları. “Tərsimi həndəsə” kafedrasına rəhbərlik etmək professor   V.F. Puzırevskiyə həvalə edilir. ”Rəsmxət” kafedrası isə dosent A.V.Dmitrevskinin rəhbərliyi ilə fəaliyyətə başlayır.

   1965-1971-ci illər ərzində “Rəsmxət” kafedrasına K.M.Bağırzadə rəhbərlik edir. 1971-ci ildən bu kafedraya professor  Z.M.Əhmədov rəhbərlik etmişdir. 1975-ci ildən bu iki kafedra yenidən “Mühəndis qrafikası” adı altında birləşdirilir və ona rəhbərlik etmək   professor  Z.M.Əhmədova tapşırılır.

   1981-1986-cı illər ərzində bu kafedraya professor Ə.Həsənov rəhbərlik etmişdir.

   1986-cı illərdə kafedraya rəhbərlik dosent S. Bünyadova həvalə edilmişdir.

   1992-1994-cü illərdə kafedraya professor S.İ.Bəxtiyarov rəhbərlik edir.

   1995-ci ildən ADNA-nın “Mühəndis qrafikası” kafedrasına t.e.d., professor İ.Ə.Həbibov rəhbərlik edir. Bu müddət ərzində kafedrada bütün sahələr üzrə ciddi yenidənqurma işləri aparılır.

   2016-cı ildən etibarən bu kafedranın adı dəyişdirilərək “Mühəndis və kompüter qrafikası”  kafedrası adı verilmişdir və professor  İ.Ə.Həbibovun rəhbərliyi altında bu kafedrada tədris prosesi yüksək səviyyədə aparılır.

    Kafedrada ardıcıl olaraq dissertasiya işləri müdafdiə olunur və bu istiqamətdə fəaliyyət genişləndirilməkdədir. Bu kafedranın tədris, elmi və elmi –metodiki işlərinin nəticələri təkcə ölkəmizdə deyil, onun sərhədlərindən çox-çox uzaqlarda tanınır.

   Hal-hazırda kafedrada 2 professor - İ.Ə.Həbibov,  M.A. Məmmədova, 7 dosent- C.X.İsmayılov, A.Ş.Əsədov, F.Ə.Səmədov, O.H.Mirzəyev, R.X. Məlikov, V.Ş.Hüseynova, S.M.Abasova,  2 baş müəllim- N.S. Sadıqova, R.S.Nəcəfquliyeva və 2 assistent- T.Y.Sadıqova, İ.V.Tağıyev çalışır.