Laboratoriya

Mexanika

     2011-ci ildə ADNA Elmi Şurasının qərarı ilə «Nəzəri mexanika» və «Maşın hissələri və yükqaldırıcı maşınlar» kafedrasının bazasında «Maşınların dinamikası və möhkəmliyi» kafedrası yaradılmışdır. ADNSU-da aparılan struktur islahatlar nəticəsində 2016-cl ilin fevral ayında «Maşınların dinamikası və möhkəmliyi» və «Tətbiqi mexanika» kafedralarının fəaliyyəti dayandınlrnış və bu kafedraların bazasında «Mexanika» kafedrası varadılıııısdır.

     Kafedrada «Mexanika mühəndisliyi» ixtisası üzrə bakalavr və magistr səviyyələrində kadr hazırlığı həyata keçirilir.

    Kafedranın cari tədris ilindəki akademik yükü 12623.75 saat təşkil edir. Ştatda olan müəllimlərin sayı 19 nəfərdir (3,5 professor; 8,5 dosent; 7 assistent, onlardan biri texnika üzrə fəlsəfə doktorudur). Kənar təşkilatdan tədrisə heç kim cəlb olunmamışdır. Kafedrada bakalavr səviyyəsində 229 nəfər (I kurs-75, II kurs-59, III kurs-39, IV kurs -56 nəfər), magistr pilləsində isə 16 nəfər (onlardan 7 nəfəri I kursda, 9-u II kursda) təhsil alır. Magistraturanı bitirən məzunlardan biri universitetin nəzdində olan kollecdə müəllim işləyir.

    Kafedranın bakalavriatura səviyyəsində 31 fənn, o cümlədən ingilis dilli tələbələr üçün 6 fənn, magistratura səviyyəsində 12 fənn tədris olunur.

    Kafedra “Mexanika mühəndisliyi”nin ixtisas fənləri ilə yanaşı, Geoloji kəşfiyyat, Qaz-neft mədən, Neft-mexanika, Energetika və İTİ fakültələrində ümumpeşə fənlərini də tədris edir.

   Kafedra «Neft-qaz avadanlıqlarının və texnoloji proseslərin mövcud problemlərinin təhlili, onların aradan qaldırılması üçün nəzəri tədqiqatların və praktiki tədbirlərin işlənməsi» mövzusunda elmi-tədqiqat işini yerinə yetirir.

    Kafedranın əməkdaşları tərəfindən ötən dövrdə qriflə 2 dərs vəsaiti, 40 məqalə və konfrans materialı çap olunmuşdur.

   Kafedrada PhD proqramı üzrə bir dissertasiya müdafiə olunmuş və təsdiq edilmiş, üç dissertasiya işi müdafiəyə hazırlanmış (ikisinin müdafiəsi 16 noyabr 2018-ci ilə, birinin müdafiəsi 02 dekabr 2018-ci ilə planlaşdırılmışdır), elmlər doktoru proqramı üzrə bir iş ilkin müzakirəyə buraxılmışdır.

    IV kurs tələbələri ötən ildə “Suraxanı Maşınqayırma zavodu” TASC-də istehsalat təcrübəsini keçmiş, cari ildə tələbələrimizin “Neftqazmaş” TASC-də təcrübə keçməsi üçün razılıq alınmışdır.

  Kafedranın  bakalavriat təhsil pilləsinin tələbələrinin gündəlik təcrübə keçmələri üçün «ATEF», SOCAR «Kompleksa qazma işləri tresti» «Azərtexnoline», «Maşınqayırma texnologiyası institutu TASC», H.Əliyev ad. Bakı Neft Emalı zavodu, Binəqədi OİL (5 nəfər 2 aylıq maaş da almışlar), müəssisələri və METAK şirkəti ilə əlaqə yaradılmışdır. Hazırda “WEIR” Oil & Qas şirkəti ilə razılıq əldə olunmuşdur, 4 nəfərin təcrübə keçməsi planlaşdırılır. Həmçinin şirkərin təcrübəli mütəxəssislərinin "dəvətli professor" qismində universitetə dəvət olunması ilə bağlı müzakirələr aparılıb. Bu iş davam etdirilir.