NEFT MEXANİKA FAKULTƏSİ
Hazırda fakültədə bakalavriat səviyyəsində təhsil alan əyani və qiyabi tələbələrin sayı 1246 nəfərdir, magistratura səviyyəsində 78, doktorantura səviyəsində 32 nəfər təhsil alır. Yarandığı gündən indiyədək fakültədə 10 minlərlə bakalavr, 100 – lərlə magistr mühəndis-mexanik hazırlanıb.
Fakültənin 100-dək əməkdaşından 9 nəfər elmlər doktoru, professor, 39 nəfər t.e.n. və t.ü.f.d., dosentdir.
İlk dövrlərdə “Neft sənayesi” fakültəsinin tərkibində şöbə kimi, 1930-cu ildən isə sərbəst “Neft-mexanika” fakültəsı kimi fəaliyyət göstərir.
Fakültənin nəzdində yaranan “Lazer texnologiyası” mərkəzi fəaliyyət göstərir.
Fakültənin nəzdində yaranan “Nanomateriallar və nanotexnologiyalar” Elmi – tədqiqat laboratoriyasının fəaliyyət planı:
Polimer əsaslı metal nanohissəcikli doldurucularla kompozit materialların işlənməsi;
Çökdürmə üsulları ilə nanohissəciklərlə legirləndirilmiş dəmir əsaslı ovuntu kompozisyasının işlənilməsi;
Dəmir əsaslı kompakt materialların səth təbəqəsinin yeyilməyə davamlığının artırılması.
Dekan və müavinlər
Hazırda fakültə dekanı dosent, t.e.n., Əli Hikmət Əhmədov
Dekan müavini: Dosent,t.e.n., Həsənov İlman İman oğlu.