Hazırda fakültədə bakalavriat səviyyəsində təhsil alan əyani və qiyabi tələbələrin sayı 1267 nəfərdir, magistratura səviyyəsində 143, doktorantura səviyəsində 27 nəfər təhsil alır. Yarandığı gündən indiyədək fakültədə 10 minlərlə bakalavr, 100 – lərlə magistr mühəndis-mexanik hazırlanıb.
Fakültənin 100-dək əməkdaşından 7 nəfər elmlər doktoru, professor, 36 nəfər t.e.n. və t.ü.f.d., dosentdir.
İlk dövrlərdə “Neft sənayesi” fakültəsinin tərkibində şöbə kimi, 1930-cu ildən isə sərbəst “Neft-mexanika” fakültəsı kimi fəaliyyət göstərir.
Fakültənin nəzdində yaranan “Lazer texnologiyası” mərkəzi fəaliyyət göstərir.
Fakültənin nəzdində yaranan “Nanomateriallar və nanotexnologiyalar” Elmi – tədqiqat laboratoriyasının fəaliyyət planı:
Polimer əsaslı metal nanohissəcikli doldurucularla kompozit materialların işlənməsi;
Çökdürmə üsulları ilə nanohissəciklərlə legirləndirilmiş dəmir əsaslı ovuntu kompozisyasının işlənilməsi;
Dəmir əsaslı kompakt materialların səth təbəqəsinin yeyilməyə davamlığının artırılması.
Dekan və müavinlər
Hazırda fakültə dekanı dosent, t.e.n., Əli Hikmət Əhmədov
Təhsili və elmi dərəcə
1984-ci il ali təhsil “mühəndis-mexanik” kvalifikasiyası
1992-ci il t.e.n. ADNSU (sabiq AzNKİ), AAK SSRİ
2000-ci ildən dosent ADNSU (sabiq ADNA), AAK AR
Tədqiqat sahəsi
Neft-mədən avadanlıqların etibarlılıq problemləri
Neft-mədən avadanlıqların hidrosilindrlərinin gərginlik-deformasiya vəziyyətinin tədqiqi
Dekan müavini: Dosent,t.e.n., Həsənov İlman İman oğlu.
İxtisaslar
050601 - Materialşünaslıq mühəndisliyi
050610 - Enerji maşınqayırması mühəndisliyi
050625 - Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
050630 - Mexanika mühəndisliyi
050646 - Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi
050657 - Sənaye mühəndisliyi
Yeni ixtisaslar (2020)
050622 - Maşın mühəndisliyi
050623 - Materiallar mühəndisliyi
050628 - Mexanika mühəndisliyi
050638 - Sənaye mühəndisliyi
Fakültədə 7 tyutor fəaliyyət göstərir:
1. Bağırov İmran Elman
2. Əliyeva Aytac Qara
3. Hüseynzadə Hakim Ələsgər
4. Əliyeva Gülbəniz Rəsulovna
5. Məmmədova Vüsalə Vaqif
6. Həmidova Ruhangiz Nizami
7. Qaziyev Meyfalı Rövşən